AZ

Tramp: ABŞ İranı izləyir və regiona böyük qüvvələr göndərir

BAKI, 23 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla bağlı vəziyyəti diqqətlə izləyir və regiona, o cümlədən hərbi gəmilər daxil olmaqla, əhəmiyyətli qüvvələr yönəldir.

Teleqraf xəbər verir ki, bu barədə Tramp İsveçrənin Davos şəhərindən Vaşinqtona uçarkən jurnalistlərlə söhbətində deyib.

“Bu istiqamətdə çoxlu sayda gəmi hərəkət edir, böyük bir donanma irəliləyir. Görək nə baş verəcək. İrana doğru əhəmiyyətli qüvvələr gedir”, - o qeyd edib.

ABŞ prezidenti vurğulayıb ki, hadisələrin gərginləşməsini istəmir.

Seçilən
95
teleqraf.com

1Mənbələr