AZ

Staşa Koşarats: Bosniya və Herseqovina Azərbaycanla əməkdaşlığı gücləndirmək istəyir

Azərbaycan Bosniya və Herseqovinanın dost ölkəsidir.

"Report" xəbər verir ki, bunu Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats Azərbaycanın Sarayevodakı səfiri Vilayət Quliyevlə görüşünə dair "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

Nazir qeyd edib ki, Bosniya və Herseqovina Azərbaycanla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək istəyir.

Xatırladaq ki, ötən ilin noyabrında iki ölkə arasında hərbi əməkdaşlıq planı imzalanıb.

Seçilən
50
far.az

1Mənbələr