ABŞ Prezidenti Donald Tramp ölkənin ən böyük banklarından olan "JPMorgan Chase"i və onun icraçı direktoru Ceymi Daymonu məhkəməyə verib.
Buna səbəb 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra ABŞ liderinin hesablarının bağlanmasıdır. Tramp bankı müştəri hesabını siyasi motivlərlə bloklamaqda ittiham edir. Florida ştatı məhkəməsinə təqdim olunan iddia ərizəsində bankın öz etik kodeksini pozduğu bildirilir.
Ağ Ev sahibi bankdan və onun rəhbərindən 5 milyard dollar təzminat ödəməsini tələb edir.
Mətləb