AZ

Tramp: İran istiqamətində hərəkət edən böyük donanmamız var

Vaşinqton, 22 yanvar, AZƏRTAC

“Hər ehtimala qarşı hazırda İran istiqamətində gedən çoxlu gəmilərimiz var”. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosdan Vaşinqtona geri dönərkən təyyarədə jurnalistlərə deyib. O, heç bir şeyin baş verməsini istəmədiyini, lakin prosesləri yaxından izlədiklərini əlavə edib.

“Bizim o istiqamətdə gedən böyük bir donanmamız var və bəlkə də ondan istifadə etmək məcburiyyətində qalmayacağıq. Görəcəyik”,- deyə Tramp əlavə edib.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
80
5
azertag.az

6Mənbələr