AZ

Məhkəmə Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.

Məhkəmə kassasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edib.

İttihama görə, Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Dövlət Siğorta Agentliyinə 200 min manatdan çox maddi ziyan vurub.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub.

İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Qasımov 7 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib
 

Kamal Məmmədov 

Tarix: 23 Yanvar 2026, 08:33   
Seçilən
52
pravda.az

1Mənbələr