ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Nazim Qocamanlı sosial şəbəkədə hərbi ekspert Ədalət Verdiyev barəsində yazdığı təhqiramiz və təhdid xarakterli rəyə görə açıq şəkildə üzrxahlıq edib.
Bakupost.az xəbər verir ki, bu məlumatı Ədalət Verdiyev özünün Facebook səhifəsində paylaşıb: "Mən Azərbaycan Yazıçıları Birliyinin üzvü Nazim Qocamanlı Facebook səhifəsində hərbi ekspert Ədalət Verdiyevin həbsi ilə bağlı yazının rəy bölməsində onu nalayiq ifadələrlə təhqir və ölümlə təhdid etmisəm. Buna görə mən Ədalət Verdiyevin özündən, ailəsindən və izləyicilərindən üzr istəyirəm. Yazdığım rəy belə olub: pox yeyib, qələt edib və rus dilindən tərcümədə "onun başını kəsin (otrubite ero qolovu).
Söz verirəm ki, bir də tanımadığım adamlar haqqında bilmədiyim, anlamadığım ifadələr bir daha işlətməyəcəm. Kimsəni təhqir və təhdid etnəyəcəyəm. Ədalət müəllimdən bir daha məni üzürlü hesab etməsini, bağışlamasını və hüquqi prosesə başlamasını təxirə salmağı xaiş edirəm".
Redaksiya məsələnin detalları barədə əlavə məlumata malik olmadığı üçün yalnız sözügedən statusu oxucuların diqqətinə çatdırır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.