Polis qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tüfəng təhvil götürüb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə,dekabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.