AZ

Tramp Zelenskinin “razılaşma” bağlamağa hazır olduğunu bildirdi

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin “razılaşma bağlamaq istədiyini” deyib.

Redaktor.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərlə söhbəti zamanı açıqlama verib. Ağ Evin YouTube kanalı görüşün canlı yayımını təqdim edib.

“Zelenski dedi ki, razılaşma bağlamaq istərdi. Biz artıq 6–7 aydır müzakirə olunan məsələlər ətrafında danışırıq”, – deyə Tramp bildirib.

ABŞ prezidenti bu sözləri Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Zelenski ilə apardığı danışıqlarla bağlı sualı cavablandırarkən səsləndirib. Lakin Tramp müzakirə olunan mövzuların detalları barədə məlumat verməyib.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
1
redaktor.az

2Mənbələr