AZ

Vitse-prezident: ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləşdirib

Yaxın Şərqdə əhəmiyyətli sayda ABŞ qüvvələri cəmləşdirilib.

"Far.Az"un məlumatına görə, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens "Newsmaх" telekanalına müsahibəsində bildirib.

"Prezidentin oynaya biləcəyi bir çox kart var. Mən onun dəqiq nə edəcəyini söyləməyəcəyəm, lakin biz bir neçə fəaliyyət variantımızın olduğundan əmin olmaq istəyirik. Regionda çoxlu qüvvələrimiz var", - deyə o, ABŞ-ın İrana münasibətdə siyasətini müzakirə edərkən bildirib.

Vitse-prezidentin sözlərinə görə, Donald Tramp "sadəcə əmin olmaq istəyir" ki, ABŞ-ın, əgər İran "çox axmaq bir şey etsə", ona "cavab vermək üçün lazımi resurslara malikdir".

Tramp əvvəllər bildirib ki, ABŞ İranı izləyir və regiona gəmilər daxil olmaqla əhəmiyyətli qüvvələr göndərir. Bununla yanaşı, ABŞ Prezidenti qeyd edib ki, "heç nəyin baş verməməsini üstün tutardı".

Seçilən
13
1
far.az

2Mənbələr