AZ

Tolik xəstəxanaya yerləşdirildi - vəziyyəti ağırdır + VİDEO

Tarix Əliyev (Tolik) xəstəxanaya yerləşdirilib.

News365.az xəbər verir ki, bu gün “Tarixin bir günü” verilişində canlı yayımda halı pisləşən aparıcının günün sonunadək təzyiqi daha da yüksəlib.

Onun əllərində keyimə müşahidə olunub. Veriliş bitdikdən sonra dərman qəbul etsə də, gecə saatlarına doğru səhhəti daha da ağırlaşıb.

T. Əliyev "Kəpəz" Hospitala müraciət edib. Aparılan ambulator müayinə zamanı aparıcının arterial təzyiqinin və saturasiya göstəricilərinin normadan xeyli yüksək olduğu müəyyən edilib.

Həkimlər ona bir müddət xəstəxananı tərk etməməyi, gərgin iş rejimindən uzaqlaşmağı tövsiyə ediblər. Hazırda aparıcı həkim nəzarəti altında ambulator müalicə alır./// olay

Seçilən
11
1
news365.az

2Mənbələr