AZ

Qumar oynayan vəzifəli şəxs işdən çıxarıldı - Türkiyədə

MHP Aydın vilayət sədri Haluk Alıcık Kiprdəki bir hoteldə qumar masasında çəkilmiş görüntülərə görə vəzifəsindən uzaqlaşdırılıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə MHP sədrinin müavini Semih Yalçın məlumat yayıb. 

O, Alıcıkın hoteldə qumar oynadığı görüntülərə görə vəzifəsindən azad edildiyini açıqlayıb. 

 

Qeyd edək ki, Türkiyədə mövcud olan siyasi Milliyətçi Hərəkat Partiyasının rəhbəri Devlet Bahçelidir. 

 

Seçilən
8
unikal.az

1Mənbələr