ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
Bu gün Azərbaycan Basketbol Liqasında 14-cü turun daha iki matçı baş tutacaq.
İdman.Biz xəbər verir ki, günün ilk oyunu B qrupunda yer alan “Quba” ilə “Lənkəran” arasında keçiriləcək.
Qarşılaşma Quba Olimpiya Kompleksində saat 15:00-da start götürəcək.
Günün ikinci görüşündə B qrupunda yer alan “Sərhədçi” “Naxçıvan”la üz-üzə gələcək. Matç “Sərhədçi” İdman Mərkəzində saat 20:00-da başlayacaq.
Turnir cədvəlində “Naxçıvan” 23 xalla ikinci pillədə qərarlaşıb. “Quba” 17 xalla dördüncü, “Lənkəran” 17 xalla beşinci, “Sərhədçi” isə 17 xalla altıncı yerdə qərarlaşıb.
Qeyd edək ki, 14-cü tura yanvarın 25-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “Ordu”nu məğlub edib - 100:96.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.