AZ

Nadir kosmik hadisə: Gecə gülümsəyəcək

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Maraqlıdır ki, Ay hazırkı günlərdə aypara fazasındadır. Ona görə də üç səma cisminin düzülüşü gülümsəyən sifəti xatırladacaq: aypara ağıza, Saturn və Neptun isə iki gözə oxşayacaq. Belə bir nadir kosmik mənzərəni gün batanda qərb üfüqünün ən aşağı səviyyəsində görə bilərsiniz. Ay və Saturn hava qaralarkən asanlıqla gözə dəyəcək. "Gülümsəyən sifət"in üçüncü elementi, yəni Neptun isə solğun işığa malikdir: onu seçə bilmək üçün durbin, yaxud teleskop lazımdır. "Gülümsəyən sifət" üfüq xəttinə çox yaxın nöqtəyə düşəcək, odur ki "gecənin təbəssümü"nü görmək üçün binalarla, ağaclarla məhdudlaşmayan açıq sahədə durmalısınız.

Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
78
azvision.az

1Mənbələr