Bu gün Nizami rayonunun qaz təchizatında fasilə olacaq.
Moderator.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu, M.Şərifli və R.Rüstəmov küçələrinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Nizami rayonu, M.Şərifli va E.Süleymanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.