Yanvarın 22-də ölkə ərazisində qeydə alınan 62 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında deyilir.
Axtarışda olan ümumilikdə 154 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 125-i borclu şəxs qismində axtarışda olub.
DİN bildirib ki, ötən gün narkotiklərlə əlaqəli 29 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 21 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər də polis tərəfindən saxlanılıb.
Rəsmi statistikaya görə, hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Gülnar Nazimqızı