AZ

İrana doğru çoxlu sayda hərbi gəmi hərəkət edir, görək nə olacaq

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vaşinqton İranı yaxından izləyir və hərbi gəmilər daxil olmaqla, bölgəyə əhəmiyyətli qüvvələr göndərir.

AzPost bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosdan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

“Bu istiqamətdə çoxlu sayda gəmi hərəkət edir, böyük bir donanma irəliləyir. Görək nə baş verəcək. İrana doğru əhəmiyyətli qüvvələr göndərilir”, – Tramp deyib.

Prezident həmçinin Tehranın addımlarını diqqətlə izlədiyini vurğulayıb. Tramp iddia edib ki, məhz onun Tehrana zərbə endirmək barədə xəbərdarlığından sonra İran rejimi geri çəkilərək etirazçıların planlaşdırılan edam hökmünü ləğv etmək məcburiyyətində qalıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
9
azpost.info

10Mənbələr