AZ

UEFA reytinqi: Azərbaycan neçəncidir?

UEFA Avropa Liqasında dünən keçirilən əsas mərhələnin 7-ci turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. 

Fanat.Az xəbər verir ki, qitənin ikinci nüfuzlu yarışında təmsilçisi olmayan ölkəmizin mövqeyi dəyişməyib.

Azərbaycan hazırda 22,750 xalla 27-ci pillədə qərarlaşıb. Ölkəmiz üçün cari mövsümün qazancı 5,625-ə bərabərdir. 

Sloveniya (22.843) 26-cı, Slovakiya (22.375) 28-cidir.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıda liderlik 104,991 xalı İngiltərəyə məxsusdur.

Ölkəmizi Çempionlar Liqasında uğurla təmsil edən "Qarabağ" həftəiçi Almaniya "Ayntraxt"ını 3:2 yenərək ölkəmizin mövqeyini bir pillə yaxşılaşdırıb.

Seçilən
7
fanat.az

1Mənbələr