AZ

"Nəticəyə görə məyusam" - Yevgeni Kukseviç

Futzal millimizin baş məşqçisi Yevgeni Kukseviç Danimarka ilə keçirdikləri yoxlama oyununun nəticəsinə görə məyusdu.

"Football-plus.az" xəbər verir ki, rusiyalı mütəxəssis bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, sözügedən matçda istədikləri nəticəni qazana bilmədiklərini deyib:
"Nəticəyə görə məyusam. Ancaq çoxsaylı qol epizodları yaratdıq. Rəqib standart vəziyyətdən "ev tapşırığı" yerinə yetirdi və qollar vurdu. Gedişatı dəyişmək üçün imkanlarımız oldu, təəssüf ki, istifadə edə bilmədik. Ya ustalıq çatmadı, ya da epizodlar zamanı soyuqqanlı ola bilmədik, ötürmələri vaxtında etmədik. Sona yaxın isə fiziki cəhətdən gücümüz çatmadı. Nəticə çıxarmaq və səhvlər üzərində işləmək baxımından bizim üçün vacib oyun oldu".

Xatırladaq ki, Azərbaycan - Danimarka matçı rəqib komandanın 4:1 hesablı qələbəsi ilə bitib. Yığmalar yanvarın 24-də yenidən üz-üzə gələcəklər.
Seçilən
0
2
football-plus.az

6Mənbələr