Bakı. Trend:
Cənubi Çin dənizində, mübahisəli ərazi sayılan Skarboro rifininsularında yük gəmisi batıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, adı açıqlanmayan gəminin göyərtəsində 21filippinli dənizçi olub. Qəza nəticəsində 2 ekipaj üzvünün həyatınıitirdiyi bildirilir.
Hazırda ərazidə genişmiqyaslı əməliyyat-axtarış əməliyyatlarıkeçirilir.