AZ

Təhsildə qiymətləndirmə olmadan keçinmək mümkün deyil İlqar Orucov

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Təhsildə qiymətləndirmə olmadan keçinmək mümkün deyil. Şagirdin bilik səviyyəsini, tədris olunan cari biliklərin qiymətləndirilməsi aparılmadan növbəti mərhələyə keçmək mümkünsüzdür. Çünki biliklər sistem və zəncirdir”.

Bunu Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov 525.az-a söyləyib. O qeyd edib ki, müasir təhsildə formativ qiymətləndirmə ön plana çəkilməlidir. Summativləri isə təkcə kağız üzərində testlə deyil, komanda yanaşması, layihə işləri, təqdimatlar, esse və yaradıcı tapşırıqlarla əvəz etsək, bu zaman şagird onu imtahan xofu kimi deyil, öyrəndiyini nümayiş etdirmək fürsəti kimi görər:

“İbtidai təhsildə summativ qiymətləndirmə yükü mümkün qədər minimuma endirilməli, əsas diqqət uşaqda öyrənmə həvəsinin qorunmasına yönəlməlidir. Yəni, bu yanaşma ilə biz şagirdə öyrənməyi öyrətmətmiş olacağıq. Daha yuxarı siniflərdə BSQ-lər şagirdi mərkəzləşdirilmiş imtahanlara hazırladığı üçün burada da müəllimlər və eləcə də valideynlər yüksək peşəkarlıq nümayiş etdirməli, prosesi qorxu, həyəcan və yaxşı nəticə əldə etməyəcəkləri təqdirdə cəzalanmaq atmosferindən mümkün qədər uzaq tutmalıdırlar. Məktəb isə summativ nəticələrini şagirdin şəxsiyyətinə verilən qiymət kimi deyil, təlim nəticələrinin analizi kimi təqdim etməlidir. Burada məktəb-valideyn-şagird sinerjisi düzgün qurulmalıdır”.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
525.az

1Mənbələr