AZ

Tramp Kanadanın Sülh Şurasında iştirak etmək dəvətinin geri götürüldüyünü açıqlayıb

BAKI, TurkicWorld, Nailə Babazadə.

ABŞ Prezidenti Donald Tramp, Kanadanın Qəzzada müharibəni dayandırmağı və yenidənqurmanı hədəfləyən Sülh Şurasına qatılması ilə bağlı dəvəti geri götürdüyünü bildirib.

TurkicWorld xəbər verir ki, Tramp, ABŞ mərkəzli "Truth Social" sosial media platformasındakı hesabından Kanadanın Sülh Şurasında iştirakı üçün nəzərdə tutulan dəvətin geri çəkilməsinə dair açıqlama verib.

Kanadanın Baş naziri Mark Karni müraciət edərək paylaşım edən Tramp bu ifadələri işlədib: "Hörmətli Baş nazir Karni, xahiş olunur, bu məktubdan Sülh Şurasının Kanadanı indiyədək yaradılmış ən nüfuzlu Liderlər Şurasına qatılma dəvətini geri çəkdiyini bildirmək üçün istifadə edilsin. Bu məsələyə göstərdiyiniz marağa görə təşəkkür edirik."

Seçilən
11
turkic.world

1Mənbələr