Ağdam şəhərində tullantı su təmizləmə qurğusunun tikintisi ilə bağlı iri məbləğli layihə icra olunacaq.
Banker.az xəbər verir ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi tərəfindən Ağdam şəhərinin magistral su xətlərinin, tullantı və yağış kollektorlarının, eləcə də digər qurğuların tikintisini nəzərdə tutan layihə-smeta sənədləri əsasında tullantı su təmizləmə qurğusunun tikintisi həyata keçiriləcək.
Layihənin icrası “T.T.Ş.-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılacaq.
Müqavilənin məbləği 37 772 139 manat təşkil edir.