AZ

“Qarabağ”da çoxlu legioner çıxış edir, hər şey heyətdən asılıdır” – Rusiyalı mütəxəssis 

“Qarabağ” – “Ayntraxt” matçının birinci hissəsinə baxdım. Əvvəlcə “Qarabağ”ın ilk qolu vurmasına çox sevindim. Sonra isə iki qol buraxmaları və hesabın 1:2 olması məni məyus etdi. Bundan sonra artıq oyuna baxmadım, düşündüm ki, “Qarabağ” ən yaxşı halda heç-heçə edəcək”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoy UEFA Çempionlar Liqasında “Qarabağ”ın Ayntraxt”ı üzərindəki qələbəsi barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Sonra “Qarabağ” hesabı bərabərləşdirib daha bir qol vurduğunu görəndə həm təəccübləndim, həm də sevindim! “Qarabağ”da çoxlu legioner çıxış edir, hər şey heyətdən asılıdır. Komanda Çempionlar Liqasına düşməsindən zövq almalıdır”.

Seçilən
69
2
idmanxeber.az

5Mənbələr