AZ

DİQQƏT: Qəbiristanlıqlarda foto və video çəkmək qadağan ediləcək? – VACİB AÇIQLAMA

Məzarlıqlarda foto və video çəkilişlərinin qadağan olunub-olunmaması cəmiyyətdə tez-tez müzakirə edilən mövzulardandır. Xüsusilə, sosial şəbəkələrdə qəbiristanlıqlarda aparılan çəkilişlər bəzən narazılıqla qarşılanır. Bəs, bu cür çəkilişlərə ümumiyyətlə qadağa qoyula bilərmi, yoxsa əsas məsələ məqsəd və niyyətdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, din alimləri tərəfindən məzarlıqlarda foto və video çəkilişlərinə dair konkret qadağa mövcud deyil.

Onun sözlərinə görə, əsas məsələ çəkilişlərin məqsədi və formasıdır:

“Sadəcə foto və videolar münasib formada çəkilməlidir. Xatirə və tarix üçün qəbristanlıqda şəkil çəkməyin eybi yoxdur.”

İlahiyyatçı vurğulayıb ki, bu cür çəkilişlər kimisə rişxənd obyektinə çevirmək, təhqir etmək və ya şəxsi toxunulmazlığı pozmaq məqsədi daşımamalıdır:

“Bu, kimisə ələ salmaq, abrını aradan aparmaq üçün edilməməlidir. Yaxud da ölü sahibinin izni ilə olmalıdır. Çünki hər kəsin məzarının fotosunu görüntüləmək, onun sağlığında şəklini çəkmək kimidir.”

Tural İrfan əlavə edib ki, mənfi niyyət yoxdursa, ehtiyac, zərurət və ya xatirə məqsədilə qəbiristanlıqda foto və video çəkilişlərinin aparılması dini baxımdan günah hesab edilmir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
23
2
konkret.az

3Mənbələr