AZ

Suriyadan gətirilən 5 ana uşaqları ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirildi

Bakı. Trend:

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiyaolunmuş daha 5 nəfər (ana və 4 övladı) vətəndaşımız Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki SosialXidmətlər Agentliyinin sosial xidmət müəssisəsinəyerləşdirilib.

Trend xəbərverir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi,sosial-psixoloji dəstək göstərilib.

Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqlarıonların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirməsiniaparacaq. Hər bir repatriantla bağlı fərdi inkişaf planıhazırlanaraq, həmin plan əsasında aidiyyəti qurumlarla əməkdaşlıqşəraitində onlarla bağlı dəstək tədbirləri davam etdiriləcək.

Son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiyaedilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlbedib. Onlardan hazırda 63 repatriantla sosial reabilitasiya işidavam etdirilir.

Suriyadan
Suriyadan
Suriyadan
Suriyadan
Suriyadan
Seçilən
142
10
az.trend.az

10Mənbələr