AZ

Azərbaycan kitabları Misirdə

Misirdə keçirilən 57-ci ənənəvi Qahirə Beynəlxalq Kitab Sərgisində bu ölkədəki səfirliyimizin dəstəyi ilə Azərbaycanın da kitab stendi yaradılıb. Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov və əməkdaşları sərginin açılışında iştirak ediblər.

Ölkəmizdə nəşr edilən yeni qiymətli kitabların nümayiş olunduğu milli stendimizi Misirin və Rumıniyanın mədəniyyət nazirləri, eləcə də digər mədəniyyət xadimləri ziyarət ediblər. Onlara ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı geniş məlumat verilib. Stendimizdə nümayiş olunan kitablar sonda kitab həvəskarlarına hədiyyə olunacaq.

“Bir saat mütaliədən qalan bir əsr geri qalar” devizi altında keçirilən sərgi çərçivəsində mədəni tədbirlərin, o cümlədən simpoziumların, uşaqlara həsr olunmuş təqdimatların keçirilməsi planlaşdırılır.

Fevralın 3-dək davam edəcək sərgidə 83 ölkədən 1457 nəşriyyat iştirak edir.

XQ

Seçilən
29
xalqqazeti.az

1Mənbələr