AZ

Azərbaycan möhkəm mövqelərə, aydın inkişaf yoluna, regionda və dünyada gedən proseslərə təsir imkanlarına malik dövlətdir - Deputat

Bakı. Trend:

Davosda keçirilən ənənəvi Dünya İqtisadi ForumundaAzərbaycana maraq hər zaman yüksək olub. Torpaqlarımızın işğaldanazad edilməsindən, Azərbaycanın istər regional, istərsə də qlobalproseslərdə iştirak səviyyəsinin yüksəlməsindən sonra bu maraq dahada artıb. Bunu cənab Prezident İlham Əliyevin Davos Forumundakeçirdiyi çoxsaylı görüşlər və iştirak etdiyi tədbirlər də təsdiqedir. Yanvarın 19-dan başlayan 56-cı Forum da bu baxımdan diqqətiçəkir.

Dünyada böyük tamaşaçı auditoriyası olan tanınmış “Euronews”televiziyasının Davosda dövlətimizin başçısından müsahibə almasınıda ilk növbədə bu prizmadan dəyərləndirə bilərik. Onu da qeyd edəkki, Prezident İlham Əliyevin beynəlxalq tədbirlər zamanı müzakirəolunan məsələlərlə bağlı mövqeyi, hadisələrə baxışı, problemlərinhəllinə dair yanaşmaları elə həmin tədbirlərin təşkilatçılarının vəxarici KİV-in xüsusi diqqət mərkəzində olur. Böyük tamaşaçıauditoriyası olan və bütün dünyaya yayımlanan “Euronews”telekanalının dövlətimizin başçısından müsahibə götürməsi də bunutəsdiq edir.

Cənab İlham Əliyev müsahibədə mühüm məsələlərlə bağlıfikirlərini bildirdi, dövlətimizin mövqeyini diqqətə çatdırdı,müasir beynəlxalq münasibətlərin mahiyyəti ilə bağlı mühüm mesajlarverdi. Bu baxımdan cənab Prezidentin beynəlxalq hüquq normaları iləbağlı söylədiyi fikirlər bütün dünya ictimaiyyəti üçün aktuallıqkəsb edir. Bu gün dünya nizamında qanunların aliliyi deyil, gücünaliliyi rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əsasprinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Planetimizinmüxtəlif coğrafiyalarında baş verən hadisələr də beynəlxalq hüquqnormalarının tapdalandığını və güc amilinin önə çıxdığını göstərənfaktorlardır. Bu baxımdan Prezident İlham Əliyev müsahibəsindəmüasir beynəlxalq münasibətlərin mühüm problemini aydın şəkildədiqqətə çatdırdı.

Azərbaycan dövləti öz siyasətini və strateji məqsədlərini bureallıqlara uyğun formalaşdırır. Azərbaycanın bütün uğurları, ənəsası, torpaqlarımızın işğaldan azad edilməsi göstərir ki,respublikamız bu məqsədlərə nail olaraq, qətiyyətlə özünün stratejihədəflərinə çatır.

Prezident İlham Əliyevə ünvanlanan suallardan biri dövlətimizinbaşçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiqgörülməsi və Azərbaycanla Ermənistan arasındakı sülh prosesiningedişi ilə bağlı oldu. Azərbaycanın Vətən müharibəsindəkiqələbəsini və torpaqlarını işğaldan azad etməsi bütün dünya tamqəbul edir. Ötən il Vaşinqtonda sülh sazişinin paraflanması bunutəsdiq edən mühüm siyasi hadisədir. Prezident İlhamƏliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsiAzərbaycanın yaratdığı yeni reallıqların, dövlətimizin başçısınınsülh gündəliyinin dünya ictimaiyyəti tərəfindən qəbul olunmasınınnövbəti parlaq ifadəsidir.

“Euronews”a müsahibəsində belə nüfuzlu mükafatıalmağın böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev CənubiQafqazın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. ArtıqAzərbaycanla Ermənistan arasında faktiki olaraq sülh şəraiti hökmsürür. Respublikamız öz ərazisindən Ermənistana yük daşınmasınaicazə verib. Eyni zamanda Azərbaycandan Ermənistana neftməhsullarının təchizatına başlanılıb. Görünən odur ki, sülh prosesiartıq əməkdaşlıqla müşayiət olunur. Bütün bunlar Prezident İlhamƏliyevin sülhpərvər siyasətinin göstəriciləridir. Prezident İlhamƏliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiqgörülməsi də bu siyasətə qlobal miqyasda verilən yüksəkqiymətdir.

Prezident İlham Əliyevin müsahibədə sabitliklə bağlı toxunduğuməsələlər də xüsusi aktuallıq kəsb edir. Azərbaycan regiondasabitliyin uğurla təmin edildiyi dövlətlərdən biridir. Dövlətimizinbaşçısı da qeyd edib ki, ölkəmizin daxilində potensial risklərmövcud deyil. Respublikamızı regionda fərqləndirən mühümgerçəkliklərdən biri də məhz budur. Eyni zamanda, respublikamız özqonşularında da sabitliyin olmasını arzulayır. Çünki müharibəninağrı-acısını yaşamış dövlət olaraq sabitliyin qiymətini hamıdanyaxşı bilirik və Prezident İlham Əliyevin vurğuladığı kimisabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganəyoludur.

Məlumdur ki, enerji sferasında Azərbaycanın yürütdüyü təkmilsiyasət respublikamızın istər beynəlxalq mövqelərininmöhkəmlənməsində, istərsə də nüfuzunun yüksəlməsində mühüm roloynayır. Bu mənada, Prezident İlham Əliyevin müsahibədə diqqətəçatdırdığı faktlar göstərir ki, Azərbaycan həm regionda, həm dəAvropada bir sıra dövlətlərin enerji təhlükəsizliyini təmin edəndövlətdir.

«Enerji sektoruna gəldikdə, Azərbaycan Cənubi Qafqazınenerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digərölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri -uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerjiehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqıilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqınınüzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycandünyada birinci yerdədir» -deyə Prezident İlham Əliyevbildirib.

Dövlət başçısının Avropa Parlamenti ilə bağlı fikirləri isə buantiazərbaycançı qurumun qərəzli fəaliyyətinə verilən ən layiqliqiymətdir. Məlumdur ki, Avropa Parlamenti Azərbaycana qarşı hərzaman məkrli mövqe nümayiş etdirib, Ermənistanın işğalçı siyasətinədəstək verib, qəbul etdiyi qətnamələrlə respublikamızın inkişafınavə uğurlarına kölgə salmağa çalışıb. Lakin bu ermənipərəst qurumheç vaxt niyyətinə çatmayıb və onun qəbul etdiyi qətnamələrin adikağız parçası qədər əhəmiyyəti olmayıb. Prezident İlham Əliyev çoxdüzgün olaraq qeyd etdi ki, Ermənistanın özünün Azərbaycanlaəlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxtetmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə”olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribəvəziyyətə salır. Ümumilikdə, Prezident İlham Əliyevin AvropaParlamenti ilə bağlı qeyd etdiyi məqamlar, yəni Azərbaycanın buqurumun qərəzli fəaliyyətinə reaksiya verməməsi, habelə AvropaParlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilənəməkdaşlığı dayandırması respublikamızın qətiyyətli və ləyaqətlisiyasətinin təzahürüdür.

Bir məsələni də qeyd edək ki, rəqəmsallaşma və süni intellektəəsaslanan strateji xətt Azərbaycanın qarşıdakı dövr inkişafının anaxəttini təşkil edir. Hökumət rəqəmsallaşmanı və süni intellektintətbiqini milli iqtisadiyyatın rəqabətə davamlılığını artıranprioritet hədəf elan edib. Prezident İlham Əliyevin Davos İqtisadiForumu çərçivəsində qlobal texnoloji nəhənglərlə keçirdiyi görüşlərdə ölkəyə ən son innovasiyaların və süni intellekt həlləriningətirilməsinə xidmət edir. Dövlət başçısının dünyanın ITtexnologiyaları üzrə nüfuzlu təşkilatlarından biri olan “DellTechnologies” şirkətinin nümayəndəsi ilə görüşü, “Azərbaycanrəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə “süni intellekt vəməlumat mərkəzləri xarici investisiyaların cəlb olunması üçün əsashədəflərdir” söyləməsi də bu strategiyanın tərkib hissəsidir.Azərbaycanın hədəfi süni intellektin neft-qaz sektorundan kəndtəsərrüfatına, səhiyyədən-təhsilədək bütün sahələrə inteqrasiyasınısürələndirmək, istehsalatda səmərəliliyi və resurslara qənaətimaksimum səviyyəyə çatdırmaqdır. Azərbaycan liderinin bu uzaqgörənsiyasəti ölkəni XXI əsrin texnoloji çağırışlarına tam hazırvəziyyətə gətirərək qlobal rəqəmsal xəritədə mövqeyinimöhkəmləndirir.

Göründüyü kimi, Prezident İlham Əliyevin hədəfi Azərbaycanı ənmüasir texnoloji çağırışlar əsasında inkişaf edən modern dövlətsəviyyəsinə yüksəltməkdir. Cənab Prezident Azərbaycanı məhz bustrateji prioritet əsasında gələcəyə aparır.

Lakin təəssüflə qeyd edilməlidir ki, özünü müxalifət hesab edən,lakin sosial bazadan və ictimai dəstəkdən məhrum olan qaragüruhçuqrup respublikamızın bütün uğurlarını görməzdən gəlir. Nəinkigörməzdən gəlir, hətta onlara kölgə salmağa cəhd göstərir.Müxalifətçiliyin konkret nəzəri əsasları var. Müxalifətçilikdövlətə və xalqa qarşı olmalı deyil və müxalifət partyaları dadövlətin maraqlarını qorumalı, siyasi məramları və proqramları iləölkənin qarşısında duran vəzifələrin gerçəkləşməsinə xidmətetməlidirlər. Amma özünü müxalifətçi hesab edən, fəaliyyəti isəsosial şəbəkədən o yana keçməyən qaragüruhçu qrupun əməllərininfonunda bu deyilənlərin tamamilə əksini görürük. Onların fəaliyyətidövlətimizə, xalqımıza, qarşı yönəlib.

Lakin o da faktdır ki, xalqımız onların kim olduğunu və hansıçirkin məqsədlərə xidmət etdiklərini yaxşı bilir. Ona görə buantimilli qrupa Azərbaycan cəmiyyətində heç vaxt yer olmayacaq.

Bütövlükdə, cənab Prezident İlham Əliyevin “Euronews” televiziyakanalına müsahibəsi göstərdi ki, Azərbaycan müasir beynəlxalqmünasibətlər sistemində möhkəm mövqelərə, aydın inkişaf yoluna,regionda və dünyada gedən proseslərə təsir imkanlarına malikdövlətdir. Ümumilikdə isə, bu müsahibə respublikamızınnailiyyətlərinin və strateji hədəflərinin beynəlxalq ictimaiyyətqarşısındakı növbəti uğurlu təqdimatı oldu.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Seçilən
20
2
az.trend.az

3Mənbələr