KXDR rəhbəri Kim Çen İn Şimali Koreyanın şimal-şərqində yerləşən ölkənin ən böyük isti su kurortunun açılışını edib və vətəndaşların çimdiyi məkanları şəxsən gəzərək yoxlayıb.
Ölkə.az xəbər verir ki, bu addım ictimaiyyət arasında maraq və təəccüb doğurub.
Şimali Koreya lideri açılış mərasimində isti geyimdə iştirak edib və illərdir aparılan yenidənqurma işlərindən sonra layihəni xalq üçün “möhtəşəm” istirahət məkanı adlandırıb.
Dövlət mediası tərəfindən yayımlanan video və fotolarda Kim Çen İnin kurortun müxtəlif hissələrini gəzdiyi, hətta vətəndaşların isti sulardan istifadə etdiyi otaqlara daxil olduğu görünür.
Həmidə İbrahimova