AZ

Əraqçidən Zelenskiyə CAVAB: Dünya klounlardan bezib

İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Volodimir Zelenskiyə cavab verib.

Aznews.az xəbər verir ki, Əraqçi “X” hesabında bildirib ki, İran özünü necə müdafiə edəcəyini bilir.

İran XİN rəhbəri Ukrayna Prezidentini “korrupsiyaya bulaşmış generallarının ciblərini doldurmaq və özünün BMT Nizamnaməsinə zidd olan qeyri-qanuni təcavüz adlandırdığı məsələ ilə mübarizə aparmaq üçün amerikalı və avropalı vergi ödəyicilərini soymaqda” ittiham edib.

“O, eyni zamanda, açıq-aşkar və utanmazcasına ABŞ tərəfindən İrana qarşı BMT Nizamnaməsinə zidd olan təcavüzə çağırış edir. Cənab Zelenski, dünya çaşqın klounlardan bezib, sizin xaricdən dəstək alan və muzdlularla dolub-daşan ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü necə müdafiə edəcəyimizi yaxşı bilirik və əcnəbilərə kömək üçün yalvarmağa ehtiyacımız yoxdur”, - Əraqçi qeyd edib.

Seçilən
13
9
aznews.az

10Mənbələr