Bakı. Trend:
“Tesla” korporasiyasının rəhbəri, Amerikalı milyarder İlon MaskDavosda keçirilən Dünya İqtisadi Forumunda şirkətinin 2027-ci ildənbaşlayaraq “Optimus” robotlarının satışına başlayacağını vədedib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Mask bildirib ki, onun şirkəti insanabənzər robotların satışına2027-ci ilin sonunda start verəcək. Eyni zamanda milyarderhumanoidlərin qiymətini açıqlamayıb, lakin vurğulayıb ki,istifadəçi çox inkişaf etmiş bir köməkçiyə sahib olacaq.
“Əslində, siz ondan istədiyiniz hər şeyi etməsini xahiş edəbilərsiniz”, – deyə sahibkar qeyd edib.
Bununla belə, İlon Mask forumda vurğulayıb ki, “Tesla” “Optimus”robotlarının satışına yalnız onların yüksək etibarlılığına tam əminolduqdan sonra başlayacaq.