AZ

Sahibkarların nəzərinə: Bu tarixədək yoxlama aparılmayacaq — YENİ QƏRAR

Bakı. Trend:

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasınınmüddəti uzadılacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasıhaqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində özəksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisindəsahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci ilyanvarın 1-dək dayandırılacaq.

Məlumat üçün bildirək ki, ölkədə sahibkarlığın inkişafınınstimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın1-dən etibarən yoxlamalar dayandırılıb. Bu müddət2026-cı il yanvarın 1-də başa çatıb.

Qeyd edək ki, mövcud qanuna görə, nəzərdə tutulmuş müddətdəyalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılanyoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanıtərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılanyoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti,təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yemməhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi iləbağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti,təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsizistismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsindəyoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatımüəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıqsubyektlərinin elektrik, su, istilik və qaz sayğaclarınıngöstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclaramüdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilikşəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığıolmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlıyoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında”Qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyatakeçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə haqqında” Qanunla müəyyən edilmiş nəzarət orqanlarıtərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat vəsağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarınamühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyətiorqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həminyoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənedilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Seçilən
11
1
az.trend.az

2Mənbələr