AZ

Yer kürəsində maqnit qasırğası gözlənilir

Yanvarın 23-də Yer kürəsində zəif G1 səviyyəli maqnit qasırğası gözlənilir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.

Geomaqnit sahəsinin dalğalanması Bakı vaxtı ilə saat 10 radələrində başlayacaq və təxminən günortaya qədər davam edəcək.

Hazırda dalğalanma səviyyəsi 5 ballıq şkala üzrə G1 həddindən aşağıdır, burada bu səviyyə minimal ("zəif"), G5 isə "son dərəcə güclü" hesab olunur.

Saat 13:00-dan sonra maqnit aktivliyi tədricən azalmağa başlayacaq.

"Cebheinfo.az"

Seçilən
37
3
cebheinfo.az

3Mənbələr