AZ

Ulduz futbolçu məşhur aktrisa ilə eşq yaşayır?

Ukraynalı ulduz futbolçu Mixail Mudrik bu dəfə oyunu ilə yox, "Instagram"da yazdığı şərhə görə sosial şəbəkələrin diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, “Çelsi”nin vingeri tanınmış amerikalı aktrisa Cordin Consun fotosunu bəyənib və paylaşımın altına qısa, lakin kifayət qədər mənalı şərh yazıb: “Çiçəklər sənə yaraşır”.

Aktrisanın reaksiyası gecikməyib. Cordin Mudrikə açıq şəkildə cavab verib: “Vau, təşəkkürlər, əzizim”.

Bir neçə cümlə kifayət edib ki, paylaşımın altında onlarla şərh yaransın. Azarkeşlər futbolçu ilə aktrisa arasında mümkün sevgi macərasını fəal şəkildə müzakirə etməyə başlayıblar. Bəziləri bunu zarafat kimi qəbul edir, digərləri isə hadisələrin gedişini diqqətlə izləyir. Çünki bu cür isti cavab formal təsir bağışlamayıb.

Seçilən
10
publika.az

1Mənbələr