AZ

Bu ölkədə epidemiya yayıldı

Hindistan höküməti Qərbi Benqal bölgəsində Nipah virusunun yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görür. Bölgədə beş yoluxma halı qeydə alınıb və təxminən 100 nəfər karantinə yerləşdirilib.

Aznews.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeydə alınmış yoluxanlar arasında iki tibb bacısı, bir həkim və bir səhiyyə işçisi var. Xəstələrin bəzilərinin vəziyyəti ağırdır, digərlərində isə sağalma əlamətləri müşahidə olunur.

Nipah virusu epidemik yayılma potensialına görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən prioritet patogen kimi təsnif edilir. Hazırda bu virusa qarşı təsdiqlənmiş vaksin və ya spesifik müalicə üsulu mövcud deyil.

Seçilən
37
1
aznews.az

2Mənbələr