AZ

“Ayntraxt”ın hücumçusu “Qarabağ”la oyunu dəyərləndirdi

“Ayntraxt”ın hücumçusu Ansqar Knauff Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda Bakıda “Qarabağ”a məğlub olduqları oyunu şərh edib.

Msport.az xəbər verir ki, forvard uğursuz nəticəyə görə üzüldüyünü bildirib:

“Belə olmamalıdır. Çox məyusuq. Biz yenə də son dəqiqələrdə iki qol buraxırıq. Təsəvvür edin ki, biz hər oyunda üç qol buraxırıq. Belə vəziyyətdə qalib gəlmək çox çətindir. Bu, həqiqətən də məyusedicidir”.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
12
2
msport.az

3Mənbələr