AZ

Ermənistanın baş müfəttişi: Azərbaycan benzinində keyfiyyət problemi qeydə alınmayıb

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu sözləri Ermənistanın Bazara Nəzarət Təftiş İdarəsinin rəhbəri Armen Kotolyan mətbuat konfransında söyləyib. O bildirib ki, Azərbaycandan göndərilən yanacaqdan alınmış nümunələr ölkənin Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laboratoriya müayinəsindən keçirilib: "Nəticələr göstərir ki, benzinin keyfiyyəti Avrasiya İqtisadi Birliyinin (AİB) texniki tələblərinə cavab verir. Hər hansı keyfiyyət pozuntusu yoxdur".

Paşinyan: "Azərbaycandan yanacaq idxalı inhisarla mübarizə üçün zəruridir"

Xatırladaq ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana onilliklər ərzində ilk dəfə (Gürcüstan vasitəsilə) 1200 ton neft məhsulu göndərilib. Ötən günlərdə isə Azərbaycandan ikinci partiya: 6100 ton benzin və 1500 ton dizel yanacağı Ermənistana çatdırılıb. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
2
azvision.az

3Mənbələr