ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib. Müxbirin "Ölkəniz dünya quruluşunun bu cür dəyişməsinə necə uyğunlaşır və Sizin dünya liderlərimizə sözünüz nədən ibarətdir?"-sualına cavabında
qeyd edib ki, Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi.
Azərbaycan Prezidenti daha sonra vurğulayıb ki, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu".
Daha sonra müxbirin "göstərdiyiniz bütün səylərə görə Siz “Zayed İnsan Qardaşlığı Mükafatı”nı alacaqsınız. Təbii ki, bununla gəlib növbəti suala çıxıram. Bildiyiniz kimi, onilliklər ərzində rəqabətə əsaslanan maraq, təsir və dəyişən müttəfiqlikdən sonra Ermənistanla tarixi sülh razılaşması ilə Cənubi Qafqaz qlobal səviyyədə sürətlə inkişaf edir. Regionda risk ilə imkanlar arasında cari tarazlığı necə dəyərləndirirsiniz?"-şəklində verdiyi suala isə belə cavab verib:
-"Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan mükafatı almaq şərəfdirır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm".
Prezident bildirib ki, bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir.
Prezident əlavə edib ki, biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq.
-Biz də buna ümid edirik. İran sizin qonşunuzdur. Orada cərəyan edən böhranla əlaqədar Azərbaycan hansı mövqedən çıxış edir? Bunun Avrasiya məkanında sabitliyə, o cümlədən enerji bazarlarına təsirini necə qiymətləndirirsiniz?
Müxbirin İranla bağlı sualına cavabında isə prezident qeyd edib ki, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük". O deyib: "Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur".
Prezident həmçinin Amerika-Azərbaycan münasibətləri ,enerji bazarında vəziyyət, Azərbaycanın Cənubi Qafqaz enerji sektorunda getdikcə artan qüvvə ilə əhəmiyyəti, Avropa Şurası və Avropa Parlamenti ilə əlaqələr barədə verilən sualları da cavablandırıb.
Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.