AZ

BMT-nin rezident-əlaqələndiricisi: Azərbaycan bərpaolunan enerjiyə özəl investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirir VİDEO

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan 2035-ci ilə qədər emissiyaların 40 faiz azaldılmasına sadiqdir. Bu, iqlim tədbirlərini sürətləndirmək üçün milli qətiyyətin güclü bir siqnalıdır.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç Beynəlxalq Təmiz Enerji Günü münasibətilə təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan, həmçinin “SDG7: Əlverişli və Təmiz Enerji” istiqamətində nəzərəçarpacaq irəliləyişlər əldə edir.

“BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) dəstəyilə hökumət bərpaolunan enerjinin genişləndirilməsinə, enerji səmərəliliyinin artırılmasına və Qarabağ və Şərqi Zəngəzur İqtisadi Bölgələrində və Naxçıvanda “yaşıl enerji zonaları”nın yaradılmasına yönəlmiş milli SDG7 Yol Xəritəsi hazırlayır. Həmçinin, hökumətin bərpaolunan enerjiyə özəl investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirdiyini görürük. Cənubi Qafqazda ən böyük külək elektrik stansiyası olan “ACWA Power” və “Power China” ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 240 meqavat gücündə külək elektrik stansiyasının bu yaxınlarda açılışı bu öhdəliyin nümunəsidir. Eyni zamanda, şəbəkənin modernləşdirilməsinə qoyulan böyük investisiyalar yeni bərpaolunan enerji layihələrinin inteqrasiyasına imkan verir, enerji təhlükəsizliyini gücləndirir və özəl sektorun daha çox iştirakı üçün şərait yaradır.

2026-2030-cu illər üçün Davamlı İnkişaf Əməkdaşlıq Çərçivəsi üzrə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi hökumətə iddialı “NDC3.0” hədəflərinin həyata keçirilməsində və “SDG7”yə doğru irəliləyişdə CECECO ilə əməkdaşlıq vasitəsilə dəstək verməyə hazırdır”, - deyə o qeyd edib.

Seçilən
28
1
azertag.az

2Mənbələr