Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu (TTFK) məlumat yayıb.
Qeyd edilib ki, 2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu yanvarı 31-i saat 23:59-da başa çatacaq. 2025-2026-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə fevralı 1-i saat 00:00-dan başlayacaq.
Bildirilib ki, müraciətlər bayram günləri və həftə sonları da daxil olmaqla hər gün qəbul olunur.