AZ

Zelenskinin çarəsizliyi, Avropanın çaşqınlığı... - Trampın Davos mesajlarının PƏRDƏARXASI

Xəbər verdiyimiz kimi, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən ABŞ Prezidenti Donald Tramp dünyaya bir sıra mesajlar verdi. ABŞ liderinin Avropa və Rusiya ilə bağlı dedikləri xüsusilə diqqət çəkib.

Avropaya Qrenlandiya mesajı

Qrenlandiya ilə bağlı məsələdə Tramp, məsələni hərbi güc tətbiq etmədən Danimarka ilə müzakirə etməyə hazır olduğunu da diqqətə çatdırıb:
 

MÖVZU İLƏ BAĞLI:

Trampdan Avropanı qorxuya salan BƏYANAT – Köhnə qitə xaosa SÜRÜKLƏNİR


"Buna görə də, tariximiz boyunca bir çox başqa ərazilərlə etdiyimiz kimi, ABŞ tərəfindən Qrenlandiyanın satın alınmasını müzakirə etmək üçün (Danimarka ilə) təcili danışıqlar tələb edirəm".

Rusiya və Çinə toxunan Tramp vurğulayıb ki, Qrenlandiya təkcə ABŞ üçün deyil, həm də Avropanın təhlükəsizliyi baxımından da vacibdir və buna görə də onlara məxsus olmalıdır.

Tramp çıxışı zamanı Avropaya hədə-qorxu gəlməyi də unutmayıb. Belə ki, o Avropa ölkələrini ABŞ istiqrazlarını satarlarsa, “köhnə qitə”ni ciddi və sərt cavab tədbirləri ilə hədələyib. Bu fonda o, bütün kartların əlində olduğunu deyib.

ABŞ Prezidenti həmçinin Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı məsələyə də toxunaraq, hər iki ölkə prezidentlərinin razılığa gəlmək və müharibəyə son qoymaq istədiklərini deyib.

"Putinin razılaşmaq istəmədiyi vaxtlar olub. Zelenskinin razılaşmaq istəmədiyi vaxtlar da olub. İndi inanıram ki, hər ikisi razılaşmaq istəyir", - deyə Tramp jurnalistlərə bildirib.

Görəsən Trampın Davos mesajları fonunda dünyanı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Abutalıb Səmədovun fikrincə, Trampın Davos İqtisadi Forumunda iştirakı forumun gündəliyini tamamilə dəyişib:

“Əvvəllər Ukrayna münaqişəsinin əsas məsələ olaraq müzakirə ediləcəyi gözlənilirdisə, son günlər baş verənlər bu məsələni arxa plana keçirdi. Baxmayaraq ki, Tramp Davosda Zelenski ilə görüşdü. Elan olundu ki, İşçi qrupları arasında Əbu-Dabidə danışıqlar aparılacaq. Qrenlandiya məsələsində müəyyən razılaşmalar əldə olunsa da, yenə də narahatlıq qalmaqdadır.

Üstəlik, Sülh Şurası yaradıldı. Avropa İttifaqı, Ukrayna, Hindistan və Çin hələlik bu quruma qoşulmadıqlarını bəyan etdilər. Azərbaycan isə təsisçilərdən biri olaraq Sülh Şurasının təsis yığıncağında iştirak etdi”.

“Vaşinqtonla Avropa İttifaqı arasında ziddiyyətlər daha da artır”

Müsahibimizin sözlərinə görə, Ukrayna Prezidenti ABŞ-da üzləşdiyi vəziyyəti yaddan çıxarıb:

“Zelenski bu dəfə Avropanı zəiflikdə təqsirləndirdi. Belə görünür o, ABŞ-da üzləşdiyi vəziyyəti yaddan çıxarıb. Ona görə də Avropadan olan əsas müttəfiqlərinə “ağıl vermək” cəhdini etdi. Bu isə təbii ki, Avropa tərəfindən yaxşı qarşılanmayacaq.


Bundan əlavə, Davosda səsləndirdiyi mesajlar Trampın Putinə bir qədər də yaxınlaşdığına işarədir. Rusiya Trampı özünə yaxınlaşdırmaq üçün bir neçə mühüm bəyanatlar verdi. Putin Sülh Şurasına 1 milyard dollar pul köçürmək istəyini bəyan etdi. Lakin onu da Amerikadakı dondurulmuş Rusiya aktivləri hesabına ödəmək məsələsini ortaya qoydu. Eyni zamanda, həmin aktivlərdən Ukraynanın bərpasında istifadə edilməsi mümkünlüyündən də danışdı. Hadisələr göstərdi ki, Tramp Putinə bir qədər də yaxınlaşıb.

Zelenski isə vəziyyətin ölkəsi üçün çarəsiz olduğunu anlamağa başlayıb. Avropa liderləri isə nə edəcəklərini hələ tamamilə qərarlaşdıra bilmir. Qitədə xaos davam edir və yaxın zamanda bu xaosun aradan qalxma ehtimalı mümkün görünmür”.

Rüfət Sultan, Bizim.Media  

Seçilən
48
1
bizim.media

10Mənbələr