AZ

Yaşlı kişi Bakıda kirayə qaldığı evdə ölü TAPILDI

Bakıda evdən kişi meyiti tapılıb.

Milli.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, M.Arif küçəsindəki mənzillərdən birində baş verib.

Həmin ünvanda kirayədə yaşayan - Ağdaş rayonunda daimi qeydiyyatda olan 1965-ci il təvəllüdlü Pənah Qarayevin cansız bədəni yanvarın 23-də saat 03 radələrində yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Seçilən
124
4
milli.az

5Mənbələr