Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılır.
Herbiand.az xəbər verir ki, bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 23-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar (qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) dayandırılıb.
Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il – 2027-ci il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur.