“Karvan-Yevlax” Füzuli Məmmədovun baş məşqçi postuna təyinatını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyinin qərarına əsasən, bir müddət komandada məşqçi kimi fəaliyyət göstərən Fizuli Məmmədovla mövsümün sonunadək müqavilə imzalanıb.
Onun köməkçiləri ilə də anlaşma əldə olunub.
Qeyd edək ki, “Karvan-Yevlax” hazırda Misli Premyer Liqasının turnir cədvəlində 6 xalla sonuncu – 12-ci pillədə yer alıb.