AZ

Mərakeşdə qar uçqunu 3 nəfər həlak olub

ain.az bildirir, 525.az portalına istinadən.

Mərakeşin ən hündür zirvəsi olan Tubkal dağında qar uçqunu baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mərakeş Silahlı Qüvvələri məlumat yayıb.

Açıqlamada yanvarın 18-də Mərakeşin mərkəzindəki İmlil şəhərindən Toubkal dağına gedən keçiddə qar uçqunu nəticəsində 3 nəfərin qapalı qaldığı, ordunun yerli hakimiyyət orqanları və mülki müdafiə ilə sıx koordinasiyada axtarış-xilasetmə əməliyyatlarına başladığı bildirilib.

Əlavə edilib ki, kəskin hava dəyişkənliyinə və çətin təbii şəraitə baxmayaraq, axtarış qrupları qəza yerinə gedən yolları təmizlədikdən sonra itkin düşənləri tapıb və onların cəsədlərini çıxara biliblər.

Mərakeş Meteorologiya Xidməti ölkənin müxtəlif bölgələrində güclü yağış, qar və küləklə bağlı xəbərdarlıq edib.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
525.az

1Mənbələr