Aktual.az Oxu24.com-a istinadla xəbər verir ki, Röya Musayeva polkovnik rütbəsindədir. O, uzun müddət FHN-də məxfi şöbənin rəisi vəzifəsində çalışıb.
Röya Musayeva Xarici Dillər Universitetinin İngilis dili fakültəsini bitirib.
Niyaməddin Musayev qızının şərəfinə musiqi ansamblının adını "Röya" adlandırıb. Həmçinin onun adına "Röya" mahnısını ifa edib.
Röyanın həyat yoldaşı Rəmzi əslən Laçın rayonundandır. SOCAR-da və tabeliyində olan zavodlarda yüksək vəzifələrdə çalışıb.