AZ

Tatarıstanın ən yaxşı məşqçisi 14 yaşlı qıza TƏCAVÜZ ETDİ

Tatarıstanda xizək məşqçisi 14 yaşlı qıza təcavüz edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.

Tatarıstanda xizək sürmə üzrə tanınmış məşqçi Marat N. 14 yaşlı idmançı qıza qarşı əxlaqsız hərəkətlər etdiyi üçün saxlanılıb. Hadisə 2025-ci ilin dekabrında Buqulmada yarışlar zamanı baş verib. Sərxoş məşqçi gecə qızın yatağına girərək ona toxunmağa başlayıb.

Zərərçəkənin atası bildirib ki, digər məşqçi hadisəni ört-basdır etməyə çalışıb və qızı seksiyadan qovulmaqla hədələyib. Şübhəli şəxs isə ataya pul təklif edib və səhvən başqa tələbəsinin otağına girdiyini bəhanə gətirib.

Nəticədə məşqçi saxlanılıb və faktla bağlı araşdırma aparılır. Zərərçəkən qız isə regionun ən yaxşı xizəkçilərindən olmasına baxmayaraq, problemli ailə damğası ilə heç bir idman məktəbinə qəbul edilmir və fərdi məşğul olmağa məcbur qalıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
78
interpress.az

1Mənbələr