"Liderlər Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əldə edilən irəliləyişləri, eləcə də TRIPP təşəbbüsü sayəsində regional əlaqəliliyin, əməkdaşlığın və ticarətin əhəmiyyətini qeyd ediblər".
"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakıdakı ABŞ səfirliyinin Donald Tramp və İlham Əliyevin Davosda keçirilən görüşü barədə məlumatında qeyd olunub.
ABŞ-Azərbaycan münasibətləri və regional sülh məsələlərini müzakirə edən tərəflər avqustun 8-də keçirilmiş Sammitdə əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqləyərək ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.
Telegram kanalımız