AZ

Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

ain.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.

Qeyd edilib ki, 2024-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 2 milyon 109,9 min nəfər olmuşdur.

Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 20,4 faiz, İrana gedənlərin sayı 9,2 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,6 faiz azalmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 14,5 faizi Rusiya Federasiyasına, 10,7 faizi Gürcüstana, 9,7 faizi İrana, 23,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,5 faizini kişilər, 36,5 faizini qadınlar təşkil etmişdir.

İş elanları AzVak.az-da                                            

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
2
marja.az

10Mənbələr