İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib.
Bu barədə DİN-də keçirilən kollegiya iclasında deyilib.
Bildirilib ki, ümumilikdə 5 199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1 079 döyüş silahı, 2 183 mərmi və 220 mindən çox patron aşkarlanıb.
Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.