“Bakı Kommersiya Məhkəməsinin 25.12.2025-ci il tarixli icra sənədinə əsasən Ağdaş rayonu, Kükəl kəndində yerləşən istixanaya təbii qazın verilməsinin ayandırılması borclu "Azəriqaz” İstehsalat Birliyinə qadağan olunub. İcra sənədi 26.12.2025-ci il tarixdə Xətai rayon icra şöbəsinin icraatına daxil olub, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək iş üzrə tərəflərə göndərilib. Qərardadın dərhal icra edilməli olduğu nəzərə alınaraq, "Azəriqaz” İB-yə 28.12.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməklə yanaşı, tələbin təmini məqsədilə borclu təşkilatla telefon vasitəsilə də əlaqə saxlanılıb. Bu zaman sözügedən ərazidə boruların yararsız halda olması səbəbi ilə qaz sızması baş verdiyi və nöqsan aradan qaldırıldıqdan sonra qaz verilişinin bərpa ediləcəyi bildirilib. Sonrakı dövrdə də tələb təmin edilmədiyindən 2026-cı ilin yanvar ayının 5-i va 8-i tarixlərində "Azəriqaz" İB ilə yenidən şifahi qaydada əlaqə saxlanılsa da, eyni səbəblər əsas gətirilərək qərarın icrası təmin olunmayıb. İcra sənədinin icrası təmin edilmədiyindən borclu təşkilat barədə 16.01.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə təqdim edilib və hazırda məhkəmənin icraatındadır”, - cavabda qeyd olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta